Avtoyuma və detailing üçün

Hər maşın, hər manat bir ekranda.

Operator maşını telefonda qəbul edir: nömrə, xidmət, ödəniş. Siz isə harada olsanız da boxları, kassanı və günün gəlirini canlı görürsünüz.

Kart tələb olunmur. Hesabı biz açırıq, xidmət və qiymətləri birlikdə qururuq.

İmkanlar

Dəftər, Excel və WhatsApp qrupunun yerinə

Məntəqədə gündə olan hər şey bir yerdə qeydə düşür: kim gəldi, nə yuyuldu, kim yudu, nə qədər ödənildi.

Operator tətbiqi

PIN ilə giriş, nömrəni yaz, xidməti seç, ödənişi qeyd et. İnternet kəsiləndə də işləyir, bərpa olanda özü sinxronlaşır.

ANDROID

Kassa və növbələr

Nağd və kart ayrı-ayrı. Növbənin sonunda kassada nə qədər nağd olmalı olduğunu sistem özü hesablayır.

Hesabatlar

Gün, ay, işçi və xidmət üzrə gəlir. Hansı xidmət daha çox satılır, hər işçi nə qədər iş görüb.

Onlayn rezervasiya

Müştəri öz linkinizdən boş vaxtı seçir. Məsələn rezerv.avtoyu.az/alfa.

Xal və abunə paketləri

Hər ödənişdən xal yığılır, növbəti yumada endirim olur. Aylıq limitsiz yuma paketi də satmaq olar.

Qəbul fotoları

Maşın qəbul olunanda cızıq və zədələrin şəkli çəkilir. Sonradan "bu cızıq sizdə olub" mübahisəsi olmur.

Kimlər üçün

Hər kəs öz ekranında

Mobil tətbiq · iOS və Android

Sahibkar və menecer

Gəlir, kassa, işçilər, bildirişlər. Məntəqədə olmasanız da nə baş verdiyini görürsünüz.

manager.avtoyu.az

Veb panel

Ətraflı hesabatlar, qiymətlər, işçilər, filiallar, abunə. Kompüterdən rahat idarə üçün.

Mobil tətbiq · Android

Yuma operatoru

Yalnız lazım olan: maşın qəbulu, xidmət, ödəniş. Planşet və ya telefonda, PIN ilə.

Necə başlayırıq

Üç addımda işə düşürsünüz

Sorğu göndərin

Aşağıdakı formanı doldurun. Biz zəng edib məntəqənizin işini soruşuruq.

Hesabı quraq

Xidmətlər, qiymətlər, boxlar və işçilər. Hazır kataloqdan başlamaq da olar.

Operator başlasın

Tətbiqi telefona yükləyir, PIN ilə girir və ilk maşını qəbul edir.

Qiymət

Bir məntəqə üçün aylıq

Hər paketə 1 box daxildir. Hər əlavə box ayda 5 AZN.

Standart

30AZN / ay
  • Avtoyuma: növbə, kassa, işçilər
  • Operator və sahibkar tətbiqi
  • Hesabatlar və veb panel
  • Onlayn rezervasiya, xal və paketlər
Pulsuz sına

Premium

DETAILING
50AZN / ay
  • Standartdakı hər şey
  • Detailing modulu: ayrı iş axını (işlənir → hazırdır → təhvil)
  • Maşın hazır olanda müştəriyə WhatsApp/SMS linki
Pulsuz sına
14 gün pulsuz sınaqİllik ödənişdə 15% endirim
Əlaqə

Pulsuz sınaq istəyirəm

Nömrənizi yazın, iş günü ərzində zəng edək. Məntəqəni birlikdə qurub 14 günlük sınağı başladırıq.

E-poçtinfo@avtoyu.az